İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterazerbaijan.com portalı Vergilər Nazirliyinin dəstəyi və UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesə necə başlamalı” mövzusunda təlim keçirib.
“Yeni Sabah” xəbər verir ki, “UNEC Digital Marketing” Mərkəzinin direktoru, Ramil Cabbarov ölkəmizdə təhsil, elm və biznes əlaqələrinin vacibliyini vurğulayıb. EnterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova bildirib ki, bu portal gənc sahibkarların investisiyalar bazarına çıxışı asanlaşdırır, investisiya cəlbi üçün sərf olunan resurslara qənaət edir, həmçinin xərcləri azaldır.
Daha sonra Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi və 2019-cu ilin əvvəlindən başlayaraq tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib. pizza mizza
Tədbir zamanı “EnterpriseAzerbaijan” portalının ekosistemində yer alan və British Council-ın “Kreativ qığılcım” layihəsinin meneceri kimi fəaliyyət göstərən Oruc Dursunzadə layihənin daha praktiki tərəfləri barədə tələbələrə məlumat verib. O layihə çərçivəsində əməkdaşlıq etdiyi UNEC-dən seçiləcək tələbə və müəllimlərin Böyük Britaniyadaki New Castle universitetinə reallaşacaq səfəri, o cümlədən, rəqəmsal sferada ingilis dili öyrənə bilmə fürsətindən danışıb.
Daha sonra, Azexport.az portalının rəhbəri Zaur Qardaşov bildirib ki, layihə çərçivəsində seçilmiş startapçılar “EnterpriseAzerbaijan” portalının inkubasiya mərkəzindən yararlana bilərlər.
Təlimdə iştirak edən 200-dən artıq tələbəyə sertifikat təqdim olunub.
.
Telegram kanalımız