Biznesmen deputatın şirkəti ilə sakinlər arasında qarşıdurma - Video

saytların hazırlanması

Evə çatdırılma

Biznesmen deputatın şirkəti ilə sakinlər arasında qarşıdurma - Video

Xalqın səsi

08 Yanvar 2020 05:11 2673


“Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59-cu və 60-cı binaların qarşısında hündürmərtəbəli binalar tikirlər. Yaşıllıqları məhv edirlər”. 

Bu barədəYenisabah.az-a açıqlamasında Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, tikinti işlərini “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi (MTK) aparır. 

Sakinlər bildirir ki, MTK tikinti aparakən yaşıllıqları məhv edir. Lakin problem təkcə bu deyil. Şirkət sakinlərin yaşadığı binanın qarşısında maşınlarının saxlanılmasına belə icazə vermir: Marqarita pizza

“Yaşıllıqları məhv edir, həm də yaşadığımız evin qarşısında maşın saxlamağa da icazə vermirlər. 10 ildən çoxdur ki, biz burada maşın saxlamışıq. Yol polisinə zəng vurub deyirlər ki, gəlin bunlara cərimə yazın, burada maşın saxlayıb mane olurlar. Neçə yerə şikayət etsək də, baxan olmadı. 

Bu gün yenə şikayət etmişik. Əsas şikayətimiz yaşıllıqlarla bağlıdır, uşaqlar üçün oynamağ yer yoxdur. Hamısını darmadağın ediblər. Heç nə edə bilmirik. Nə qədər şikayət etsək də, deyirlər ki, biz bura pul verib almışıq. Biz beləyik, pulumuz çoxdur, hər şey edə bilərik. 

Qanunda belə bir şey yoxdur ki, mən evimin qarşısında maşın saxlayım, tikinti şirkətinin sahibi zəng etsin ki, maşınları yığışdırın. Demək olar ki, hər gün dava qırğındır”.

Vergilər Nazirliyinin reyestr məlumatlarında göstərilir ki, “Kristal Abşeron” MTK-nın 12 noyabr 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Tikinti Quraşdırma İdarəsinin binasında yerləşən MTK-nın nizamnamə kapitalı 120 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Məhərrəmov Azər Dilqəm oğludur. Lakin internet resusrslarındakı məlumatlarda şirkətin faktiki sahibi kimi deputat Ağalar Vəliyevin adı keçir. 

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!