ABŞ dövlət katibi Entoni Blinken Çin və Hindistanın xarici işlər nazirləri Vanq Yi və Subrahmanyam Caişankarla Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi imkanlarını müzakirə edib.
Yenisabah.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazır.
Nəşrin yazdığına görə, Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çin və Hindistan liderləri Si Cinpin və Narendra Modinin Rusiyanı “fəlakətə çevrilə biləcək” addımdan çəkindirməli olduqlarını bildirib. Sezar pizza
İki ölkənin xarici işlər nazirləri ilə görüşdə ABŞ dövlət katibi vurğulayıb ki, “kosmosda istənilən nüvə partlayışı təkcə Amerika peyklərini deyil, həm də Çin və Hindistan peyklərini məhv edəcək”.
Fevralın 17-də Amerika KİV-lərində Qərb ölkələrinin Rusiyanı çoxlu sayda kommersiya və hökumət peyklərini sıradan çıxara bilən nüvə kosmik silahları hazırlamaqda şübhələndiyi barədə xəbərlər yayılıb.
Mütəxəssislər belə silahların Starlink kimi kiçik peyklərin böyük bürclərini məhv edə biləcəyini bildiriblər.
Telegram kanalımız