İyunun 27-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə edilib, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunulub. Marqarita pizza
1975-ci il xəritəsi və Almaatı Bəyannaməsi əsasında Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin təmin edilməsinin, qoşunların sərhəddən çıxarılması və s. məsələlər vurğulanıb.
Həmsöhbətlər regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Telegram kanalımız