Blinken nə istəyir? - Qarabağa alternativ marşrutlar...

saytların hazırlanması

Evə çatdırılma

Blinken nə istəyir? - Qarabağa alternativ marşrutlar...

Siyasət

31 İyul 2023 09:32 758


İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken (Anthony Blinken) Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin (Matthew Miller) adından yayılmış açıqlamada deyilir ki, Dövlət katibi Blinken Prezident Əliyevə Dağlıq Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib. O, Laçın dəhlizindən kommersiya, humanitar və şəxsi maşınların azad keçidinin vacibliyini, eləcə də Dağlıq Qarabağ əhalisinə humanitar təchizatların çatdırılması üçün alternativ marşrutlar üzrə kompromisin gərəkdiyini vurğulayıb. Dövlət katibi qeyd edib ki, bütün tərəflərin sülh danışıqlarında müsbət dinamikanı saxlaması vacibdir.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında isə deyilir ki, Prezident Əliyev Ermənistan tərəfinin təxribatçı addımlarının sülh prosesinə maneçilik törətdiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etdiyini, bunun bölgədə hərbi gərginlik mənbəyi olduğunu deyib. Prezident Əliyev Ermənistanın Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, Azərbaycan sərhədçilərini atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib. Marqarita pizza

Ermənistan rəsmiləri isə Qarabağda silahlı qüvvələrinin qalmadığını, orada “özünümüdafiə dəstələrinin” olduğunu deyirlər. Sərhəddə təxribat və digər iddiaları da Yerevan təkzib edir.

Prezident Əliyevin dediyinə görə, Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolunu təklif edir, Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu təklifi dəstəkləyir, amma Ermənistan bütün təkliflərə qarşı çıxıb. O, erməni tərəfinin “humanitar vəziyyət” və “blokada” ilə bağlı iddialarını “siyasi manipulyasiya” adlandırıb. Prezident Azərbaycanın erməni sakinlərin reinteqrasiyası yönündə qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, Azərbaycanın ikinci görüş təklifini də irəli sürdüyünü xatırladıb.

Ötən həftə Ermənistanın Qarabağa humanitar yük adıyla göndərdiyi yük Laçın dəhlizinin girişində saxlanıb. Azərbaycan bu yükün göndərilməsini ərazi bütövlüyünə qəsd sayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!