Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan Baş nazir aparatından verilən məlumata görə, Baş nazir Amerika tərəfinin Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin stabilləşdirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib. Paşinyan bu istiqamətdə ardıcıl addımların atıldığını vurğulayıb.
Həmsöhbətlər oktyabrın 6-da Praqada Ermənistanın Baş naziri, Fransa prezidenti, Avropa Şurası prezidenti və Azərbaycan Prezidentinin dördtərəfli görüşünün nəticələrinə toxunublar. BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, o cümlədən sərhədin delimitasiya və demarkasiyası işlərinin həyata keçirilməsi, habelə Ermənistan-Azərbaycan sərhədində Aİ-nin mülki missiyasının fəaliyyətinin təmin edilməsi məsələsi ətrafında geniş müzakirə aparılıb. Pepperoni pizza
Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi, Xankəndi ilə Bakı arasında beynəlxalq müzakirələr mexanizminin yaradılması məsələsinə işarə edilib.
Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlə bağlı təəssüratlarını da bölüşüb.
Entoni Blinken ABŞ-ın yaxın gələcəkdə danışıqlar prosesinə, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.
Telegram kanalımız