“Blinken Pelosinin “zibilini təmizləməyə” çalışır” – Amerikalı ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Blinken Pelosinin “zibilini təmizləməyə” çalışır” – Amerikalı ekspert

Siyasət

19 Sentyabr 2022 16:34 1364


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfəri fonunda bu ölkənin dövlət katibi Antoni Blinken bu gecə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Bir sıra ekspert dairələri isə Blinkenin Azərbaycan liderinə zəng etməsini məhz Nensi Pelosinin İrəvan səfəri ilə əlaqələndirib. Yəni, rəsmi Vaşinqton Nensi Pelosinin addımının yanlış olduğunu görüb və bu vəziyyəti düzəltmək üçün müvafiq addım atılıb. pizza sifarişi

Belə ki, məşhur amerikalı ekspert Lyuk Koffi məsələyə özünəməxsus tərzdə şərh verib. O, sosial şəbəkə hesabında Antoni Blinkenin Azərbaycan Prezidenti ilə telefon söhbəti barədə paylaşımına bu sözləri yazıb: “Blinken Pelosinin “zibilini təmizləməyə” çalışır”.

Azpolitika.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!