Blinken və Paşinyan Ermənistanın Azərbaycanla delimitasiyasını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Blinken və Paşinyan Ermənistanın Azərbaycanla delimitasiyasını müzakirə etdi

Siyasət

28 Aprel 2024 20:46 615


Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Danışıq zamanı Tavuş vilayətində delimitasiya və Azərbaycanla danışıqlar müzakirə edilib. Sezar pizza

Tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.

Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib. Bununla birlikdə, qaldırılan problemlərin həlli üçün mümkün olan hər şeyin olunacağına əmin edib.

Danışıq zamanı bildirilib ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin delimitasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!