Blinkenin köməkçisi Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Blinkenin köməkçisi Bakıya gəlir

Siyasət

21 Mart 2023 15:51 725


ABŞ dövlət katibi Entoni Blinkenin beynəlxalq təşkilati məsələlər üzrə köməkçisi Mişel Sison ABŞ-ın əməkdaşlığa sadiqliyini gücləndirmək məqsədilə həmkarları və BMT rəsmiləri ilə görüşlər keçirmək üçün 22 mart - 7 aprel tarixlərində Madaqaskar, CAR, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcək.

Yenisabah.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, Sison martın 22-də Madaqaskarın Antananarivo şəhərinə, martın 24-də CAR-ın Yohannesburq şəhərinə, martın 27-də Mavrikinin Port-Luis şəhərinə səfər edəcək. Dövlət katibinin köməkçisi martın 29-da Azərbaycanın paytaxtı Bakıya, daha sonra isə digər paytaxtlara - Ulan-Batora, Hanoya, Banqkoka və Ventyana gedəcək.

Qeyd olunub ki, dövlət katibinin köməkçisi Banqkokda olarkən, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının rəsmiləri ilə görüşəcək.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!