YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Blogerin qatilinə 10 il həbs istənildi

Blogerin qatilinə 10 il həbs istənildi

Yazar

25 İyul 2022 19:16 4520


Bloger Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevon cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmişin hüquqi varisi, Əvəz Şıxməmmədovun qardaşı Təbriz Şəxməmmədov bildirib ki, qətli törədən Əmrulla Güləliyev onun ailə üzvüdür və zərərçəkmişin hüquqi varisi kimi onu bağışlayır.

T. Şıxməmmədov anasının da şikayətçi olmaması barədə məhkəməyə arayış təqdim edib.

Prosesdə ekspertiza rəyləri açıqlanıb. Əvəz Hafizli boyun nahiyəsindən aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.

Daha sonra iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqi varisi çıxış edərək, müvəkkili barəsində daha yüngül cəza verilməsini xahiş edib. Təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 29-da davam etdiriləcək.

Qətl hadisəsi bu il fevralın 22-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!