Bloklarda iyrənc əməl:   Sakinlər şikayətçidir - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bloklarda iyrənc əməl: Sakinlər şikayətçidir - FOTOLAR

Xalqın səsi

14 Yanvar 2025 11:53 8105


Nəsimi rayon sakinləri narkotik istifadəçilərinin yaratdığı xoşagəlməz vəziyyətə etiraz ediblər. 

 Nəsimi rayonu, Cavadxan küçəsi, bina 14-ün sakinləri ciddi narahatlıq içindədir. Belə ki, binanın blokunda təbii ehtiyacların ödənilməsi və narkotik istifadəçilərinin gecələr bloku qeyri-qanuni şəkildə istifadə etməsi xoşagəlməz vəziyyət yaradıb.

Bu barədə Yenisabah.az-ın redaksiyasına müraciət edən bina sakini Baxışov Anar aidiyyəti qurumları məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görməyə çağırıb. pizza mizza

Sakinlər bildirirlər ki, bu hal binada kəskin qoxunun yaranmasına və ümumi səliqəsizliyə yol açıb. Sözügedən bina "Abad Həyat" layihəsi çərçivəsində təmir olunsa da, aidiyyəti qurumların məsuliyyətsizliyi səbəbindən vəziyyət getdikcə pisləşir.

Məlumata görə, binadakı 15 mənzilin yarıdan çoxu kirayə yaşayan sakinlər tərəfindən səliqəsiz şəkildə istifadə olunur. Xüsusilə, bu xoşagəlməz hadisə üç mənzilin qarşısında qeydə alınıb.

Əsmətxanım

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!