Bloomberg: Ən zəngin rusların sərvəti 11 milyard artıb

saytların hazırlanması

Evə çatdırılma

Bloomberg: Ən zəngin rusların sərvəti 11 milyard artıb

Dünya

01 Mart 2024 13:58 642


Rusiyanın ən varlı iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 11,084 milyard dollar artıb.

Yenisabah.az xəbər verir ki, bunu Bloomberg Billionaires Index-in məlumatları sübut edir.

Yanvar ayından "Eurochem" və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 3,86 milyard dollar qazanıb, sərvəti 22,7 milyard dollara yüksəlib. pizza sifarişi

"Severstal"ın əsas səhmdarı Aleksey Mordaşov 2,08 milyard dollar varlanıb, onun sərvəti hazırda 23 milyard dollar təşkil edir.

NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 1,49 milyard dollar qazanaraq, sərvətini 25,4 milyard dollara çatdırıb.

Eyni zamanda, təbii qaz istehsalçısı Novatek-in səhmdarı Gennadi Timçenko ən çox pul itirib, onun sərvəti 1 milyard dollar azalaraq 13,2 milyard dollar olub.

2012-ci ilin mart ayından etibarən "Bloomberg" planetin ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən Bloomberg Milyarderlər İndeksini dərc edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!