“BMT-də islahatlar zərurətə çevrilib” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“BMT-də islahatlar zərurətə çevrilib” - Vüqar Rəhimzadə

Siyasət

07 Mart 2023 18:33 475


"Hər dövrün reallıqları daim hər hansı məsələlərə münasibətdə yeni yanaşmalara çağırışlar edir. Amma bürün dövrlər üçün dəyişməyən ədalət və beynəlxalq hüquq prinsipləri olur. Çünki hər bir məsələnin həlli bu prinsiplərin tətbiqi şəraitində ədalətli mövqe ortaya qoyulmasını, etimad mühitinin qorunmasına töhfələrin verilməsini bir zərurət kimi ortaya qoyur. Azərbaycan dünyanın ikili  standartlara əsaslanan siyasətini öz üzərində hiss edən, ən əsası 30 il bu yanaşmanın  fonunda keçmiş Qarabağ münaqişəsinin ədalətli həllini gözləyən ölkə olub".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev bu günlərdə    Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə də bu kimi məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. pizza

 YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, “Yeni dünya düzəni yenidən  formalaşdırılmalıdır” fikri özündə bütün məqamları ehtiva edir. Reallıq budur ki, iki il bundan əvvəl tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratdı. Dünya siyasətində baş verən yeniliklər dövlətlərarası münasibətlərdə də özünü aydın şəkildə nümayiş etdirdi. Əksər dünya güclərinin Azərbaycanın mövqeyini dəstəkləyərək yeni reallıqları qəbul etmələri ölkəmizin sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanmasının göstəricisidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda dünyada müzakirə olunan mühüm məsələlərdən biri də BMT sistemində islahatların aparılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə bu fikri xüsusi qeyd etdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan BMT-də islahatların aparılmasına çağırışlar edib. BMT qətnamələrinin icrasında vahid mexanizmin olmaması daim Azərbaycanın haqlı narazılığına səbəb olub və bunu ikili siyasətin təzahürü kimi dəyərləndirir. Reallıq budur ki,  BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunduğu halda,  Azərbaycana gəldikdə 30 il gözlədik. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü reallaşdırdı. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi,  bu hadisə yəqin ki,  BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.

Vüqar Rəhimzadə dünya düzəninin yenidən formalaşdırılması fonunda ədalətin və beynəlxalq hüququn hər bir münaqişəli məsələlərin həllində əsas olacağına əminliyini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!