BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Francesca Albanese Qəzza müharibəsi zamanı İsrailə silah tədarükünü davam etdirən dövlətlərin “vəhşi cinayətlərdə” şərik ola biləcəyini deyib.
Yenisabah.az xəbər verir ki, dövlətlərə İsrailə silah satışı ilə bağlı xəbərdarlıq məktubu göndərən BMT-nin ekspertlər qrupunun bir hissəsi olan Albanese bu cür ixracata son qoymağa çağırıb.
"Qəzzada istifadə edilən silahların İsrailə göndərilməsi beynəlxalq insan haqları qanunlarına ziddir və vəhşilik cinayətlərinə şərik ola bilər", - deyə Albanese X-də yazıb. Pepperoni pizza
BMT ekspertləri cümə günü dərc etdikləri məktubda deyiblər:
"Silah ixracı ilə məşğul olan hökumət rəsmiləri Qəzzada hər hansı hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə və ya soyqırım aktlarına yardım və dəstək üçün fərdi olaraq cinayət məsuliyyəti daşıya bilər".
Telegram kanalımız