BNA hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

BNA hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - Fotolar

Avto

16 Noyabr 2020 18:44 5676


Yağışlı hava şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün bütün zəruri tədbirlər görülür. 

Bu barədə Yenisabah.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, gün ərzində, xüsusən də pik saatlarda sıxlıq müşahidə olunan küçələrdə svetoforlarda “yaşıl dalğa” əmri tətbiq edilib.  pizza

Həmçinin sərnişin tələbatı yüksək olan istiqamətlərdə avtobus dayanacaq məntəqələri nəzarətə götürülüb. Avtobus dayanacaq məntəqələri və ona yaxın ərazilərdə qanunsuz parklanma halları tam aradan qaldırılıb. 

"Bir daha sürücülərə bu cür hava şəraitində son dərəcə diqqətli olmağı, sürət həddinə əməl etməyi və nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində və ona yaxın ərazidə park etməməyi tövsiyə edirik", - deyə BNA-dan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!