BNA İntellektual İdarəetmə Sistemindən imtina edib?

saytların hazırlanması

Evə çatdırılma

BNA İntellektual İdarəetmə Sistemindən imtina edib?

Avto

27 Mart 2019 20:01 1313


"Dünən ATV –nin Aktual proqramında Bakı şəhərində nəqliyyat problemləri, o cümlədən ictimai nəqliyyat problemləri müzakirə olunubmuş.  Əsasən bir neçə gün öncə, sərnişindaşımada istifadə olunan avtobuslara və taksilərə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara verilən tələblərlə bağlı NK qərarı müzakirə edilib”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, verilişdə xeyli faydalı məlumatlar da səsləndirilib.

“Baxıram ki, təxminən bir saatlıq verilişdə BNA rəsmisi Mayis Ağayev bir dəfə də olsun Nəqliyyatın İntellektual İdarəetməsi haqqında danışmayıb. Məəttəl qalıram. Təkrar edirəm, ümumiyyətlə, bircə dəfə də olsa bu ifadəni işlətməyib.Görəsən, BNA bu nəhəng infrastrukturu necə idarə etməyi düşünür? Dördpendirli pizza

Ümumiyyətlə, BNA-nın fəaliyyətinə diqqət etdikdə görmək olar ki, həm qurumun özünün fəaliyyətində, həm də onun təklifi və təşəbbüsü ilə qəbul edilən rəsmi sənədlərdə bu terminlərdən, intellektual idarəetmə sistemindən, bütövlükdə NİİM-dən uzaqlaşmaq meylləri hiss olunur. Düzü, anlamıram nə baş verir. BNA bu sistemdən imtina edibmi ? Əgər edibsə hansı idarəetmə təklif olunur ?

Əgər imtina edibsə, onda Nəqliyyatın İntellektual İdarəetməsi üçün son iki ildə ayrılan 29 milyon manat vəsait hara yönəlib?”

“Qabaqcadan bildirim ki, mənim avtomobilim hansısa parklama qaydalarının pozulmasına görə cərimələnməyib.

Qeyd edim ki, BNA tərəfindən nəqliyyat problemlərinin həlli istqamətində müəyyən addımların atıldığını da müşahidə edirik. Bu yazıda söhbət konkret Nəqliyyatın İntellektual İdarəetmə sistemindən gedir” deyə, O.Gündüz əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!