BNA qanunsuz protokol tərtib edib? - Video

saytların hazırlanması

Evə çatdırılma

BNA qanunsuz protokol tərtib edib? - Video

Avto

08 Sentyabr 2020 19:29 2149


Bakı sakini barəsində qanunsuz protokol tərtib edildiyi bildirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”a paytaxt sakininin özü - Elvin Məcidov deyib.

O bildirib ki, idarə etdiyi "VAZ-2107" markalı avtomobillə paytaxtın Bakıxanov prospektində qadağan olunmamış hissəsində dayanarkən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən onun barəsində protokol tərtib olunub: Pepperoni pizza

“Hüquqşünaslar dedi ki, mən, həqiqətən də, qayda pozmamışam. Yolun başlanğıcında quraşdırılan 3.27 dayanma və durmanı qadağan edən nişan, 1.4 sarı xəttin bitdiyi yerdə qüvvəsini itirir. “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin VI hissəsinin 4-cü bəndində qeyd olunub ki, 1.4 sarı bütöv xətt 3.27 nişanı ilə tətbiq edildikdə dayanmanın qadağan olunmuş yerləri bildirir.

Həmin prospektdə nişan qoyulmuş yerdən başlayan 1.4 sarı xətt bir az qarşıda bitir. Sarı xətt bitdiyi yerdə 3.27 dayanma durmanı qadağan edən nişan da qüvvəsini itirir. Mən sarı xətt bitən yerdən sonra Rusiya səfirliyini keçib dayanmışam. Lakin barəmdə protokol tərtib olunub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!