BNA sürücülərə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

BNA sürücülərə xəbərdarlıq etdi

Avto

21 Yanvar 2019 21:15 1368


Məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə dumanlı hava şəraiti yanvarın 22-si səhər saatlarınadək davam edəcək.

Yeni Sabah xəbər verir ki, bununla əlaqədar  Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib. Sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə edilib.

Eyni zamanda, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaları, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri də bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!