“Boeing”dən təyyarə qəzalarında ölənlərin ailələrinə   100 milyon dollarlıq yardım

saytların hazırlanması

Evə çatdırılma

“Boeing”dən təyyarə qəzalarında ölənlərin ailələrinə 100 milyon dollarlıq yardım

Dünya

04 İyul 2019 08:26 944


“Boeing” şirkəti “737 Max 8” tipli təyyarələrin qəza etməsi nəticəsində ölən və ya yaralananların ailələrinə maddi yardım edəcək.

 “Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, şirkət bu iş üçün 100 milyon dollar ayırıb.

Bildirilib ki, şirkəti məhkəməyə verən ailə və şəxslərə ödəniləcək kompensasiya 100 milyon dollara daxil deyil.

Xatırladaq ki, İndoneziyadakı təyyarə qəzasında 189, ondan bir neçə ay sonra Efiopiyada baş vermiş qəzada isə 157 nəfər ölüb. Bundan sonra dünyanın bir çox ölkələrində "Boeing 737 MAX-8" tipli təyyarələrin istismarı dayandırılıb.

Elnarə İlham

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!