Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. Onun vəziyyəti qəfildən pisləşdiyi üçün ev şəraitində müalicə olunur.
Yenisabah.az-a danışan rejissor bir müddətdir evdə müalicə alsa da, yenidən vəziyyətinin pisləşdiyini, xəstəxanaya getdiyini bildirib:
“Bir müddət idi ki, evdə müalicə alırdım. Amma nəsə bir az pisləşdim Mərkəzi Klinikada həkimə zəng vurdum, dedilər gəlin, bir də müayinə edək, hazırda ora gedirəm. Mən cavan vaxtı bəzi əməliyyatlar keçirmişəm – mədə, öd kisəsi, bağırsaq və s. İki ay bundan öncə də Şamaxıda idim, orada mənə soyuq oldu. Qızdırmam, təzyiqim yoxdur, amma sinəmdə boğulmalar başladı. Bronxlarım cavanlıqdan xəstədir, neçə vaxtdır da ağırlaşmalar hiss edirdim, ona görə ev şəraitində müalicələr alırdım, hər şey yaxşı idi. İndi yenidən başlayıb, boğuluram, nəfəs ala bilmirəm, təzədən soyuqlamışam”. Pepperoni pizza
Xalq artisti xəstəliyindən sonra ona qarşı olan laqeyd münasibətdən gileylənib:
“Azərbaycanda kino, televiziya, mədəniyyət sahəsində ikinci bir Şeyx Əbdül Mahmudbəyov yoxdur. Mənim artıq 77 yaşım var, bu sözlərimi yəqin ki, qeyri təvazökarlıq kimi qiymətləndirməzsiniz. Bunların qarşılığında belə laqeyd münasibət görməməliyəm axı. Qənirə xanım da zəng vurmuşdu, onun da bu mövzuda danışmışam. Mənə salam verməyi özünə şərəf sayan adamlara heç bir xidmətləri olmaya-olmaya dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bəs mənim bu qədər xidmətimin, zəhmətimin müqabilində niyə aşağı səviyyəli münasibət göstərirlər? Artıq dilə gəlmişəm, bu qədər iş görən, təkbaşına mübarizə aparan bir adama belə münasibət göstərmək olmaz axı. Mən üzümü aidiyyatı qurumlara tuturam, mənə də bir münasibət bildirsinlər, mədəniyyət işçisini belə diqqətsiz qoymaq olmaz”.
ƏSMƏTXANIM
Telegram kanalımız