Boks üzrə milli Rusiyaya yollanıb

saytların hazırlanması

Evə çatdırılma

Boks üzrə milli Rusiyaya yollanıb

İdman

04 Fevral 2019 14:57 1036


Kişi boksçulardan ibarət Azərbaycan yığması yoxlama görüşləri üçün Rusiyaya yollanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytında məlumat verilib. Vaqif Şirinovun rəhbərlik etdiyi milli Nalçik şəhərində 3 qarşılaşmada qüvvəsini sınayacaq. Döyüşlər 5 – 6 fevrala təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.

Məşqçilər korpusu yoxlama döyüşlərində Yadigar Əliyev (49 kq), Elvin Məmişzadə (52 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi 81 kq), Rövşən Yaqubzadə (91 kq) və Sadiq Səmədova (+91 kq) şans verəcək. Dominos pizza

Milli fevralın 7-də Vətənə qayıdacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!