Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatına yekun vurulub.
Yenisabah.az xəbər verir ki, milli komanda 32 ölkədən 369 idmançının qatıldığı yarışı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yığmanın heyətində Xumar Cəfərli (75 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan Himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançı U-15 Avropa çempionatının qalibi adına yiyələnib. Sezar pizza
Onun uğurunu Mehran Rəsulov (80 kiloqram) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kiloqram), Nurlan Müseyibli (66 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) gümüş, Onur Qurbanov (42 kiloqram), Elcan Musazadə (50 kiloqram) və Ərdəm Təkin (90 kiloqram) isə bürünc medal qazanıblar.
Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.
Telegram kanalımız