Boksçumuz bürünc medal qazanıb

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz bürünc medal qazanıb

İdman

16 Mart 2019 13:50 986


Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. 

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Boks Federasiyasının  bu barədə məlumat verib.  Yarımfinal mərhələsinin ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. 

49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov final üçün Rusiya idmançısı ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşdığından Hüseynov bürünc medalla kifayətlənib. Bu, Azərbaycan millisinin Vladiqafqazda ilk mükafatı olub. Marqarita pizza

Qeyd edək ki, yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda Cəbrayıl Yelekov (81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) döyüşəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!