Bölgələrdə hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə hava necə olacaq?

Rəsmi

19 Yanvar 2019 16:50 1653


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti şənbə və bazar günləri ilə bağlı turizm bölgələrində gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Böyük və Kiçik Qafqaza bölgəsində hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 0-3 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində yağmursuz hava gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 7-11, dağlıq rayonlarda 2-7 dərəcə isti təşkil edəcək. pizza mizza

Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Gecə və  səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.  

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 7-10 dərəcə isti təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!