Bölgələrdə müşahidə olunan hava şəraiti ilə bağlı   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə müşahidə olunan hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Rəsmi

04 İyul 2023 23:50 2709


Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Yenisabah.az-a daxil olan müraciətdə deyilir:

“Hazırda bir sıra dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağmurlu hava şəraitinin iyulun 5-i gündüz saatlarında da davam edəcəyi, arabir intensiv xarakterli olacağı gözlənilir. pizza

Qeyd olunanları, habelə intensiv yağışların bəzi dağ çaylarında yarada biləcəyi sel və daşqın təhlükəsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi həmin bölgələrdə yaşayan, habelə istirahət edən vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Təhlükə zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət edilməsi tövsiyə olunur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!