Bölgələrdə tikinti materialları bazarlarında durğunluq - Video

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə tikinti materialları bazarlarında durğunluq - Video

İqtisadiyyat

17 Fevral 2025 00:17 493


Bölgələrdə tikinti materialları bazarlarında durğunluq yaşanır.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, Zaqatalada qış aylarının təsiri ilə tikinti sektorunda durğunluq yaşanır, materialların alıcılıq səviyyəsi xeyli aşağı düşüb.

Sahibkarların sözlərinə görə, hər il bu mövsümdə eyni vəziyyət yaşanır. Satıcılar qiymətlərdə nisbətən enmə olduğunu bildirirlər. 2-3 ay əvvələ nəzərən taxtanın 1 kubunda 20-30 manat, dəmir materiallarında 5-10 qəpik ucuzlaşma var. Toyuqlu pizza

Tikinti sektorunda mövsümi ləngimə adi bir vəziyyət olsa da, sahibkarlar yaz aylarında fəaliyyətin artacağına və alıcılıq səviyyəsinin yüksələcəyinə ümid edirlər.

Gəncədəki tikinti materiallarının satış nöqtələrindən birində satıcılar deyirlər ki, digər rayonlarda olduğu kimi, Gəncə şəhərində də tikinti materiallarının satışında durğunluq müşahidə olunur. Ancaq onlar hesab edirlər ki, yaz aylarından etibarən aktivlik yenidən bərpa olunacaq.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!