Bölgələrə istirahətə gedənlərin diqqətinə...

Bölgələrə istirahətə gedənlərin diqqətinə...

Sosial Veb saytların hazırlanması

26 Yanvar 2019 02:51 758


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bu bölgədə havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-11, dağlıq rayonlarda 4-8 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Şimal-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 9-13, dağlıq rayonlarda 7-11 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 27-də axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək. 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi yanvarın 26-da günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, yanvarın 27-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!