Bolqarıstan Parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Bolqarıstan Parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edildi

Siyasət

11 Mart 2022 18:17 468


Xocalı soyqırımı ilə bağlı Bolqarıstan Respublikasının Parlamentində Bəyannamə qəbul edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyindən xəbər verilib. Qeyd edilib ki, 10 mart 2022-ci il tarixində Bolqarıstan Respublikasının Xalq Məclisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bəyannamə qəbul olunub. Bəyannamədə Xocalı qətliamı nəticəsində qətlə yetirilmiş 613 nəfər, həmçinin mindən çox yaralanmış və itkin düşmüş şəxslərin xatirəsi ehtiramla anılır və baş vermiş kütləvi qırğın qətiyyətlə pislənilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!