“Boney M” qrupunun qurucusu, musiqiçi Frank Farian (əsl adı Frans Reuter) 82 yaşında vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Sənətçi Mayamidəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb. Toyuqlu pizza
Qeyd edək ki, “Rasputin”, “Daddy Cool”, "Mary's Boy Child" kimi hitlərin müəllifi olan Frank 2022-ci ildə ürək əməliyyatı keçirmişdi. Ona donuz ürəyinin klapanı taxılmışdı.
Telegram kanalımız