“Booker”də qaydalar pozuldu - Mükafat 2 qadın yazıçıya verildi

saytların hazırlanması

Evə çatdırılma

“Booker”də qaydalar pozuldu - Mükafat 2 qadın yazıçıya verildi

Mədəniyyət

15 Oktyabr 2019 11:00 1261


Ən nüfuzlu ədəbiyyat mükafatlarından olan “Booker”in sahibləri bəlli olub. 

“Yeni Sabah” "BBC"yə istinadən bildirir ki, münsiflər bu il qaydalara qarşı gələrək mükafatı 2 yazıçıya - Marqaret Etvud və Bernardina Evaristoya veriblər.

M.Etvud “The Testaments” əsərinə, B.Evaristo isə “Girl, Woman, Other” kitabına görə bu mükafata layiq görülüb.  Dördpendirli pizza

79 yaşlı M. Etvud bu mükafatı qazanan ən yaşlı yazar olaraq tarixə düşüb.

B.Evaristo isə “Booker”ə layiq görülən ilk qaradərili qadın və ilk qaradərili ingilis yazıçı olub. 

Qeyd edək ki, 1969-cu ildən bəri verilən mükafatın qaliblərinə 50 min sterlinq ( təxminən 108 min manat) təqdim olunur. 

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!