Borca görə 13 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Borca görə 13 nəfər saxlanıldı

Kriminal

14 Mart 2019 13:58 931


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faaktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-in mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, martın 13-də ölkədə 30 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması təmin olunub.  pizza

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!