Borcu olan 50 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Borcu olan 50 nəfər saxlanıldı

Kriminal

09 Fevral 2019 16:25 922


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, ötən gün ərzində 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 35 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Pepperoni pizza

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!