Topaz Premyer Liqasının 26-cı turunda baş tutan “Neftçi” – “Sumqayıt” matçı (2:3) azarkeşlərin qəzəbinə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, onlar sosial şəbəkələrdə rəhbərliyi tənqid, hətta təhqir ediblər. Azarkeşlər “O top daşıyan uşaq sizdən daha qeyrətlidir”, “Rəhbərlik və Bordini istefa səsləyirəm”, “Sezon sonu Bordini rədd eləmək lazımdır, Təlan bu heyətlə çempion olardı vallah” kimi rəylər yazıblar.
Telegram kanalımız