Boris Conson Gürcüstana səfərə dəvət olundu

saytların hazırlanması

Evə çatdırılma

Boris Conson Gürcüstana səfərə dəvət olundu

Siyasət

29 İyun 2022 22:00 748


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş keçirilib.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, görüş NATO-nun Madrid sammiti çərçivəsində baş tutub.

Görüşün əsas mövzusu Gürcüstan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq və sıx dostluq əlaqələri olub. pizza sifarişi

İ.Qaribaşvili B.Consona Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik inteqrasiyasına sarsılmaz dəstəyinə görə təşəkkür bildirib və tərəfdaşlığın bundan sonra da dərinləşdirilməsinə ümidvarlıq ifadə edib.

Tərəflər iki ölkənin müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığını müzakirə ediblər. Qeyd olunub ki, bir sıra istiqamətlər üzrə strateji dialoq və əməkdaşlıq formatı ölkələr arasında mövcud münasibətləri yeni səviyyəyə yüksəldib.

İ.Qaribaşvili B.Consonu onun üçün münasib vaxtda Gürcüstana səfərə dəvət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!