Boris Conson Ukraynada cəbhə xəttinə getdi

saytların hazırlanması

Evə çatdırılma

Boris Conson Ukraynada cəbhə xəttinə getdi

Dünya

12 Aprel 2026 14:54 306


Ön cəbhədə keçirdiyim 48 saatdan sonra əvvəlkindən daha çox əminəm ki, ukraynalılar uğur qazanacaqlar.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna ordusunun Zaporojye vilayətindəki mövqelərinə baş çəkdikdən sonra yazıb.

“Biz ukraynalılara dron fabriklərini və ya rusların bombardmançı təyyarələrini buraxdıqları bazaları məhv etmək üçün lazım olan silahları - uzunmənzilli raketləri vermirik. Niyə? Dördpendirli pizza

Sadəcə olaraq “Tomahavk” raketlərinin verilməsindən imtina etdiyinə görə Trampı və ABŞ-ı günahlandırmaq mənasızdır. Böyük Britaniyanın öz uzaqmənzilli raketləri var, həmçinin Almaniyanın da.

Avropalılar olaraq Trampı günahlandırmağın mənası yoxdur, halbuki hamımız birlikdə Putinə məxsus yüz milyardlarla dollar dəyərində dondurulmuş aktivlərə sahibik. Bu vəsaitlər açıq-aydın şəkildə azad edilərək Ukraynaya yardım üçün istifadə olunmalıdır”, - Conson qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!