Aİ diplomatiyasının rəhbəri Josep Borrell Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı apardığını bildirib.
Yenisabah.az xəbər verir ki, Borrell "Twitter"-də bununla bağlı yazıb:
"Aİ sammitindən əvvəl Dmitri Kulebaya zəng etdim. Avropa İttifaqı hərbi yardımın çatdırılmasını asanlaşdırmaqda davam edir. Pepperoni pizza
Razılaşdıq ki, sanksiyalar məsələsində irəliləmək lazımdır".
Borrell əlavə edib ki, Aİ-yə üzv ölkələrin liderləri qarşıdakı sammitdə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracına necə dəstək veriləcəyini müzakirə edəcəklər.
Telegram kanalımız