Borrel: “Ukrayna üçün tanklar və artileriya alınacaq“

saytların hazırlanması

Evə çatdırılma

Borrel: “Ukrayna üçün tanklar və artileriya alınacaq“

Dünya

13 May 2022 15:14 182


"Avropa Sülh Fondundan Aİ-nin Ukraynaya əlavə 500 milyon avro yardımı ağır silahların, yəni tank və artilleriyanın alınmasına sərf olunacaq".

Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət komissarı Josep Borrel “Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.

"Bu, G7-nin Ukrayna böhranının başlanğıcından bəri yeddinci görüşüdür. Resept eyni olaraq qalır, Ukraynaya daha çox dəstək, o cümlədən hərbi dəstək. Mən Ukraynaya 500 milyon avroluq əlavə hərbi yardımın ayrılmasını elan edəcəyəm. Bu, yardımımızı ümumilikdə 2 milyard avroya çatdıracaq”, - deyə Borrell vurğulayıb. pizza mizza

O qeyd edib ki, 500 milyon avro bir çox təyyarə alqısını təmin edə bilməz.

Borrell həmçinin G7 ölkələrini Rusiyaya təzyiqi artırmağa, yeni sanksiyalar tətbiq etməyə, Rusiya Federasiyasını dünya səhnəsində təcrid etməyə cəhd etməyə və Ukraynaya dəstək üçün vahid cəbhə yaratmağa çağırıb.

Apreldə Borrell Aİ-nin Ukrayna böhranı ilə bağlı mövqeyində köklü dəyişiklik olduğunu bəyan edib. Aİ tarixində ilk dəfə o, rəsmi olaraq münaqişənin sülh yolu ilə həllinə deyil, hərbi yolla həllinə, Rusiya üzərində “döyüş meydanında” qələbəyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!