DİM tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
DİM-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, imtahana qeydiyyat yanvarın 3-dən 25-dək aparılıb və bu müddət ərzində 87 namizəd qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. Toyuqlu pizza
İmtahanda 87 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA3 altqrupu üzrə 1 nəfər, AA4 altqrupu üzrə 1 nəfər, AB2 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 5 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 27 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Telegram kanalımız