Şou-biznesin məşhur cütlüklərindən olan prodüser Anar və Elnurə Mədətovların ayrılması ilə bağlı xəbər yayılıb.
Anar Mədətovun açıqlamasında məsələyə münasibəti sərt olub:
“Bu, mənim ailə işimdir, mənim həyatımdır. Necə yaşayıram, özüm bilərəm. Allah qismətimizə nə yazıbsa, o da baş verir. Mənim də həyatımda bu baş verdi, şükür edirəm. Bəlkə elə qismətimdə yazılıb ki, sabah öləcəm, haradan bilirik?” pizza hut
A.Mədətov oğlunun onun soyadından imtina etməsi məsələsinə də münasibət bildirib:
“Yalan söhbətdir. Mahir heç vaxt müsahibə verməyib, o ki qaldı şəxsi həyatla bağlı nəsə desin. Oğlumun adından ağızlarına gələni yazmasınlar”.
Qeyd edək ki, Elnurə Mədətova da əvvəl prodüser kimi fəaliyyət göstərib. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir. Cütlüyün iki övladı var.
Yeniçağ.az
Telegram kanalımız