Boşandığı ərini belə təbrik etdi:   “Dərs almışam və alıram”

saytların hazırlanması

Evə çatdırılma

Boşandığı ərini belə təbrik etdi: “Dərs almışam və alıram”

Şou

03 Aprel 2026 09:18 670


Rejissor Səidə Haqverdiyeva keçmiş həyat yoldaşı, Azərbaycan Dövlət Kukla Teatrnın rəhbəri Rəşad Əhmədzadəni doğum günü münasibətilə təbrik edib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

 Rejissor keçmiş həyat yoldaşını ustadı adlandırıb: pizza sifarişi

“Ad günün mübarək, əzizim! Mərd, dürüst və ədalətli olmaq heç də asan deyil. Belə qalmaq, heç nəyə baxmayaraq öz yolunla addımlamaq bəzən baha başa gəlir. Ucuz insanlar ucuz xarakterə malikdir. Amma atan Rüfət Əhmədzadəyə, baban Zülfüqar Əhmədzadəyə baxanda başa düşürəm ki, sən istəsən belə başqa cür ola bilməzsən. Sən mənim ustadımsan! Həm sənətdə, həm də həyatda müəllimimsən. Nə yaxşı ki, mən sənin kimi bir şəxsiyyətdən dərs almışam və alıram. Uzun yaşa! Gözəl yaşa! Allah hər zaman sənin köməyin olsun!”.

Rəşad Əhmədzadə keçmiş həyat yoldaşının təbrikinə belə reaksiya verib:

“Çox sağ ol, əziz dostum. yaxşı ki, varsan”.

Qeyd edək ki, cütlük ötən ilin dekabrında boşanıb. S.Haqverdiyeva bildirmişdi ki, ona görə həyat yoldaşına təzyiq edilir. O, ərini bu təzyiqlərdən qorumaq üçün boşanmaq qərarına gəldiyini açıqlamışdı.

Səidə Haqverdiyeva baş verənlərə görə Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədovanı ittiham etmişdi.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!