“Boşluğa Xütbə“ filminin premyerası olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Boşluğa Xütbə“ filminin premyerası olacaq

Mədəniyyət

06 Dekabr 2025 10:37 960


Dekabrın 6-da “Boşluğa Xütbə”nin Baku Cinema Breeze nümayişləri çərçivəsində Azərbaycan premyerası olacaq.

“Yeni Sabah” xəbər verir ki, nümayiş İMAX kinoteatrında keçiriləcək.

Xatırladaq ki, 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub. Ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. pizza hut

Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.

Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!