Böyrəyini satıb narkotik plantasiyası qurdu

saytların hazırlanması

Evə çatdırılma

Böyrəyini satıb narkotik plantasiyası qurdu

Hadisə

20 May 2022 15:59 1163


Ankarada 3 mərtəbəli villada 470 kök marixuana və narkotik bitkinin becərilməsi üçün istifadə edilən alətlər ələ keçirilib.

Yenisabah.az xəbər verir ki, saxlanılan 3 şübhəlidən biri olan M.Y.-dir. Polisin araşdırmasına görə, M.Y. uzun müddət Almaniyada yaşayıb və orada narkotik vasitələrin yetişdirilməsi prosesini ətraflı öyrənib. Bu işlə məşğul olmaq üçün o, Türkiyəyə qayıtmaq qərarına gəlib,  sonra əvvəlcə İrana gedərək böyrəyini orada külli miqdarda pula satıb.

M.Y. qazandığı pulla Türkiyəyə qayıdaraq 3 mərtəbəli villa kirayə götürüb və təxminən 70 min lirəyə narkotik bitkini becərmək üçün alətlər alıb. Müəyyən edilib ki, "istixana"da fəhləyə ventilyasiya sistemini, elektrik ustasına isə qanunsuz elektrik sistemi quraşdırıb. Sezar pizza

Hazırda məhkəmə gedir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!