“Böyük bir xəcalətdən yaxa qurtardıq” - Vahid Əziz

saytların hazırlanması

Evə çatdırılma

“Böyük bir xəcalətdən yaxa qurtardıq” - Vahid Əziz

Mədəniyyət

22 Noyabr 2025 17:32 5703


"Xalqın münasibətini bilirdim, dövlət başçısının da diqqəti məni çox sevindirdi".

Bunu Oxu.Az-a açıqılamasında bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilən Xalq şairi Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) deyib.

O bildirib ki, ölkə rəhbərliyi tərəfindən "Şərəf" ordeni ilə mükafatlandırılması onu çox sevindirib: pizza

"Bu, mənim üçün çox gözəl mükafatdır. Cənab Prezident böyük alicənablıq göstərərək məni "Şərəf" ordeni ilə təltif edib, bu şərəfə məni layiq görüb. Ona sonsuz təşəkkürümü bildirirəm. Mən hər zaman öz torpağıma, millətimə, dövlətimə sadiq olmuşam. Bu ordenə layiq görüldüyüm üçün çox sevincliyəm.

Mən şükür edirəm ki, torpaqlarımızın azad olunduğu günü gördüm. Bundan sonra rahat ölmək olar. Biz böyük bir xəcalətdən yaxa qurtardıq. Əvvəl xaricə gedəndə boynubükük gedirdim, indi fəxrlə, başıdik gəzirəm. Bu qələbəni bizə bəxş müzəffər Ali Baş Komandanımıza, ordumuza borcluyuq. Bu böyük qələbədə payı olan hər kəs sağ olsun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!