Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqına alternativ olaraq yeni siyasi, iqtisadi və hərbi alyansın yaradılmasını təklif edib.
Yenisabah.az “Corriere della Sera” xəbər verir ki, bu barədə İtaliya qəzetinin mənbələri bildirib.
Onların fikrincə, Böyük Britaniyanın himayəsi altında təklif olunan ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litva daxil olacaq. Daha sonra Türkiyə də "Avropa Əməkdaşlığı" deyilən quruma qoşula bilər. pizza sifarişi
Mənbənin bildirdiyinə görə, Britaniyanın təşəbbüsü o dövlətlər üçün nəzərdə tutulub ki, onlar öz milli suverenliklərinə can atırlar, iqtisadiyyatda liberal baxışlara sadiqdirlər və Moskvanın siyasətinə qarşıdırlar.
Xatırladaq ki, aprelin 9-da Kiyev şəhərində keçirilən görüşdə Conson ilk dəfə ideyasını Ukrayna prezidenti Volodimir Zelenskiyə bildirib.
İddia olunur ki, Avropa İttifaqı blok liderlərinin 23-24 iyunda keçiriləcək görüşündə Ukraynanın namizəd statusu təsdiqlənməsə, Zelenski Consonun təklifini daha ciddi qəbul edə bilər.
Telegram kanalımız