Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.
“Yeni Sabah” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin orduları arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Telegram kanalımız