Böyük Britaniyanın müdafiə naziri Kiyevə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniyanın müdafiə naziri Kiyevə gəldi

Dünya

10 İyun 2022 21:05 897


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

“Silah, maliyyə, sanksiyalar – Böyük Britaniyanın Ukraynaya dəstəyində ardıcıl olaraq liderliyini nümayiş etdirdiyi üç faktordur. Sözlərin və ünsiyyətin daim hərəkətə çevrildiyi bu həqiqətən real, müştərək işi yüksək qiymətləndiririk. Müdafiə naziri Ben Uollesə və onun komandasına, eləcə də bütünlükdə Böyük Britaniyaya, hökumətə, baş nazirə bu səfər üçün minnətdaram”, - deyə Zelenski qeyd edib. pizza

Görüşün təfərrüatı hələlik məlum deyil.Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!