Böyük Dəbilqə seriyasından finalçılar müəyyənləşdi

Böyük Dəbilqə seriyasından finalçılar müəyyənləşdi

İdman Veb saytların hazırlanması

25 Yanvar 2019 20:39 797


Tennis üzrə Böyük Dəbilqə seriyasından "Australian Open" turnirində finalçılar müəyyənləşib.

Kişilərin yarışında həlledici görüşdə dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviçlə ikinci sıradakı ispaniyalı Rafael Nadal qarşılaşacaq. Cokoviç yarımfinalda fransalı Lüka Puyu məğlub edib - 6:0, 6:2, 6:2. Nadal isə yunanıstanlı Stefanos Tsitsipasdan üstün olub - 6:2, 6:4, 6:0. Kişilər arasında final görüşü yanvarın 27-də Bakı vaxtı ilə 12:30-da start götürəcək. 

Daha əvvəl qadınların mübarizəsində finalda yaponiyalı Naomi Osaka ilə çexiyalı Petra Kvitovanın üz-üzə gələcəyi məlum olub. Həmin oyun yanvarın 26-da Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!