“Böyük dəbilqə”  turnirində 13 idmançımız mübarizə aparır

saytların hazırlanması

Evə çatdırılma

“Böyük dəbilqə” turnirində 13 idmançımız mübarizə aparır

İdman

12 May 2019 07:47 1110


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” beynəlxalq turnirində Azərbaycan cüdoçuları çıxışlarını uğurla davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən nüfuzlu turnirin son günündə 13 cüdoçumuz qüvvəsini sınayır. Kişilərin yarışında Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Aliomar Tumayev, Abdulhaqq Rəsullu (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, İeso Kviriaşvili (100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov və İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar. Qadınlar arasında isə təmsilçimiz İrina Kindzerska (+78 kq) qüvvəsini sınayır.

Qeyd edək ki, cüdoçularımız “Böyük dəbilqə” turnirində biri qızıl, biri gümüş, ikisi bürünc olmaqla dörd medal qazanıblar. Azərbaycan komandası bu nəticə ilə Yaponiya və Braziliya yığmalarından sonra üçüncü pillədə qərarlaşıb. Dördpendirli pizza

Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparır. Millimiz turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!