“Böyük gündür” -   Trampdan İranla bağlı yeni açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Böyük gündür” - Trampdan İranla bağlı yeni açıqlama

Dünya

08 Aprel 2026 09:20 251


“Dünyada sülh üçün böyük gündür! İran bunun baş verməsini istəyir, onlar artıq kifayət qədər yorulublar!”.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində bildirib.

O eyni zamanda, hamının da bu vəziyyətdən bezdiyini vurğulayıb. Dördpendirli pizza

“Amerika Birləşmiş Ştatları Hörmüz boğazında yaranmış nəqliyyat sıxlığının aradan qaldırılmasına kömək edəcək. Çoxlu müsbət addımlar atılacaq! Böyük pullar qazanılacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz müxtəlif növ təchizatla yüklənəcəyik və hər şeyin qaydasında getdiyinə əmin olmaq üçün sadəcə “orada qalacağıq”. Mən buna inanıram ki, belə də olacaq. ABŞ-da yaşadığımız kimi, bu, Yaxın Şərq üçün də “Qızıl dövr” ola bilər”, - deyə Tramp vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!