Bu dəfə yolum Azərbaycan Dövlət Kukla Teatrına düşdü.
Premyerası keçirilən “Quyruqsuz dovşan” tamaşasına baxmağa getmişdim. Açığı, ilk dəfə idi. Kənddə böyümüş biri kimi belə mühitə öyrəşməmişəm.
Elə ilk dəqiqələrdən hiss elədim ki, bu, təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçün də maraqlı bir təcrübədir. Pepperoni pizza
Yeni Sabah” Azərbaycan Dövlət Kukla Teatrnda premyerası keçirilən “Quyruqsuz dovşan” tamaşı haqqında reportajı təqdim edir.
Zala daxil olan kimi uşaqların marağı diqqətimi çəkdi. Hamı səbirsizliklə tamaşanın başlamasını gözləyirdi. İşıqlar sönən kimi isə sükut yarandı və səhnə pərdələri açıldı. Lakin arada-bərədə uşaqların səsləri və tamaşa haqqında müzakirlələrini də eşitmək olurdu. Hətta kuklaların geyimi, davranışı, görünüşü haqqında müzakirə aparanlar da vardı. Uşaqların hər şeyə qarşı belə diqqətli olmağı xoşuma gəldi.
Tamaşanın süjeti sadə, amma kifayət qədər maraqlı qurulub. Hadisələr dovşanın quyruğunu itirməsi ilə başlayır. Bu itki onun üçün ciddi problemə çevrilir və dovşan özünü narahat hiss edir. Bu anda ona kömək edən obraz isə kirpi olur. Kirpi dostluq nümunəsi göstərərək dovşanı tək qoymur və birlikdə quyruğu tapmaq üçün yola çıxırlar.
Səhnələrin arasında maraqlı ifalar da səslənir.
Hadisələr bundan sonra daha da maraqlı hal alır. Bu dəfə səhnəyə canavar və tülkü daxil olur və məlum olur ki, onlar dovşanın quyruğundan istifadə edərək toyuq hininə girmək planı qurublar. Onların bu hiyləsi həm gülməli, həm də düşündürücü təqdim olunur. Lakin plan uğurlu olmur. Quyruq elə hinin içində düşür və vəziyyət qarışır. Tülkü özünü ağıllı göstərməyə çalışsa da, hər şey sonda aydın olur.
Bu məqamda şübhələr dovşanın üzərinə yönəlir. Tamaşaçı kimi uşaqların reaksiyası açıq hiss olunur. Onlar dovşanın günahsız olduğunu anlayırdılar. Hadisələrin gedişində tutuquşu vacib rol oynayır. O, ayıya həqiqəti bildirir və oğurluğu əslində canavar və tülkününü etdiyini deyir.
Sonda isə hər zamankı kimi ədalət bərqərar olur. Dovşanın günahsız olduğu sübut edilir. O yalnız quyruğunu deyil, eyni zamanda özünə inamını da geri qazanır.
Tamaşa boyunca uşaqların reaksiyası maraqlı idi – onlar səhnədə baş verənlərə canlı reaksiya verir, gülür, narahat olur, hətta bəzən personajlara səslə reaksiya verirdilər. Bu da göstərirdi ki, tamaşa auditoriya ilə düzgün ünsiyyət qurmağı bacarır.
Ümumilikdə “Quyruqsuz dovşan” həm maraqlı süjeti, həm də verdiyi mesajlarla yadda qalan bir səhnə işi kimi təsir bağışladı. Sadə dildə təqdim olunan bu hekayə dostluq, dürüstlük və ədalət kimi dəyərləri uşaqlara aydın şəkildə çatdırmağı bacarır.
Aydan Hacı
Telegram kanalımız